18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-18) Monteneqrodakı təlim-məşq toplanışı üçün yekun heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, baş məşqçi Füzuli Məmmədov Monteneqronun paytaxtı Podqoritsa şəhərində baş tutacaq təlim-məşq toplanışı üçün 21 futbolçu seçib.
Yığmamız bu ölkədə Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar oktyabrın 29-da və 31-də baş tutacaq.
U-18 millimizə dəvət olunmuş futbolçuların siyahısını təqdim edirik:
- Həbib Hüşənov – Qəbələ
- Ayxan Abbaszadə – Turan Tovuz
- Ömər Əliaslanlı – Zirə
- Əli Nəbizadə – Neftçi
- Məsud Əlişanlı – Qarabağ
- Cavid Məlikov – Qarabağ
- Murad Mustafayev – Neftçi
- Rəşad Alışov – Qarabağ
- Nadir Orucov – Sumqayıt
- Həsən Əliyev – Zirə
- Emin Feyzullayev – Sabah
- Elnur Cabbarlı – Sumqayıt
- Ömər Kərimov – Qəbələ
- Arzu Mədətov – Turan Tovuz
- Əli Qurbanov – Sumqayıt
- Əmir Əliyev – Sabah
- Əkbər Məhərrəmov – Sabah
- Ziya Şəkərxanov – Qəbələ
- Babamirzə Mehdiyev – Sabah
- Röyal Fərzullazadə – Neftçi
- Rauf Qafarov – Zirə


