U-19 millimiz özbəklərə 0:7 və 0:1 hesablarıyla uduzdu

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) burada iki yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, yığmamız U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Paytaxt Daşkənddə baş tutan ilk matçda meydan sahibləri 7:0 hesabı ilə qalib gəliblər. Bu gün baş tutan oyunda da özbəklər 89-cu dəqiqədə penaltidən vurulan qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, oktyabrın 18-dən Özbəkistanda olan millimiz ayın 24-nə qədər paytaxt Daşkənddə təlim-məşq toplanışı keçəcək.

Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:

  1. Mehriban Şahməmmədova – Neftçi
  2. Güləsər İsmayılova – Gömrükçü
  3. Aydan Əkbərova – Baku Juniors
  4. Aysel Ziyadova – Qəbələ
  5. Ülviyyə İslamova – İnter Xaçmaz
  6. Pərişan Abdullayeva – Baku Junior
  7. Səma Həsənli – Qəbələ
  8. Vahidə Əlipaşayeva – Baku Juniors
  9. Fatimə Əhmədova – Baku Juniors
  10. Aydan Həsənova – Neftçi
  11. Məsumə Nəzərli – Neftçi
  12. Röya Əliyeva – Baku Juniors
  13. Mədinə Curuqova – Sabah
  14. Şəkər Piriyeva – Vere (Gürcüstan)
  15. Aysu Murtuzayeva – Neftçi
  16. Aysel Cumayeva – Balxurma
  17. Lalə Abbaszadə – Neftçi
  18. Sevda Heydərli – Sabah
  19. Günel Muradova – Qəbələ
Xəbəri sosial şəbəkələrdə paylaş: