U-21 millimizin Şotlandiya ilə oyununda norveçli hakim

Azərbaycanın U-21 millisinin AÇ-2027-nin seçmə mərhələsində Şotlandiyaya qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Matias Stöfrinqshauq olacaq. Ona həmyerliləri Erland Hareland və Edvard Helgerud kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Məhəmməd Usman Aslam yerinə yetirəcək.

Azərbaycan və Şotlandiyanın U-21 milliləri arasında görüş sentyabrın 30-da keçiriləcək. Kilmarnok şəhərindəki BBSP stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Qeyd edək ki, seçmə mərhələnin B qrupunda yer almış Azərbaycan millisi 8 oyuna topladığı 7 xalla 6 komanda arasında 5-ci pillədə qərarlaşıb. Portuqaliya 19 xalla liderdir. Çexiya 15, Bolqarıstan 14, Şotlandiya 11 xal toplayıb. Xalsız olan Cəbəllüttariq isə sonuncudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: