UEFA “Arsenal”ı 10 il müddətinə cəzalandırdı

UEFA Çernoqoriya çempionatı təmsilçisi Tivat “Arsenal”ını təşkilatın bayrağı altında keçirilən yarışlardan 10 il müddətinə kənarlaşdırıb.

Arena.az bu barədə UEFA-nın rəsmi sayıtna istinadən məlumat verir.

“Arsenal”ın danışılmış oyunda iştirakı ittihamı üzrə təqsiri sübuta yetirilib.

Təhqiqatın səbəbi Konfrans Liqasının 2023/2024-cü illər mövsümünün birinci təsnifat mərhələsinin Ermənistan təmsilçisi “Alaşkert”lə cavab oyunu (1:6, ilk oyun 1:1) olub.

Çernoqoriya Futbol İttifaqı (FSCG) UEFA-nın müvafiq qərarını təsdiqləyib. “Arsenal” həmçinin 500 min avro məbləğində cərimə ödəməyə mükəlləf edilib.

Komandanın oyunçusu Nikola Çelebiç və klubun idman direktoru Ranko Krqoviç ixtiyari futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıblar. Futbolçular Çetko Manoyloviç, Radule Jivkoviç və Duşan Puletiç isə futboldan 10 il müddətinə kənarlaşdırılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: