Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 2-ci turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 10 matç baş tutub.
A Liqasında İngiltərə millisi Çexiyanın qonağı olub və inamlı qələbəyə sevinib. İspaniya yığması isə Xorvatiyanı qəbul edib və darmadağınla qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti matçını oktyabrın 1-də doğma meydanda Lixtenşteynə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
29 sentyabr
A Liqası, 3-cü qrup
Çexiya – İngiltərə 0:2
İspaniya – Xorvatiya 4:1
Xallar: İspaniya – 6. Xorvatiya – 3. İngiltərə – 3. Çexiya – 0.
B Liqası, 1-ci qrup
Şotlandiya – İsveçrə 0:3
Sloveniya – Şimali Makedoniya 2:0
Xallar: İsveçrə – 6. Sloveniya – 4. Şotlandiya – 1. Şimali Makedoniya – 0.
C Liqası, 1-ci qrup
Finlandiya – Belarus 0:0
San Marino – Albaniya 0:3
Xallar: Albaniya – 6. Finlandiya – 4. Belarus – 1. San Marino – 0.
C Liqası, 3-cü qrup
Moldova – Farer adaları 1:1
Slovakiya – Qazaxıstan 2:1
Xallar: Slovakiya – 6. Farer adaları – 2. Qazaxıstan – 1. Moldova – 1.
C Liqası, 4-cü qrup
Bolqarıstan – Estoniya 0:0
Lüksemburq – İslandiya 0:3
Xallar: İslandiya – 4. Lüksemburq – 3. Estoniya – 2. Bolqarıstan – 1.


