UEFA Millətlər Liqasında Belçika – Türkiyə dueli

Bu gün UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 10 matç baş tutacaq.

A Liqasının 1-ci qrupunda Türkiyə Belçikanın, İtaliya Fransanın qonağı olacaq.

B Liqasında Gürcüstan yığması səfərdə Macarıstanla üz-üzə gələcək. Ukrayna isə Şimali İrlandiyanı sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyunu oktyabrın 4-də evdə Litva yığmasına qarşı keçirəcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur

2 oktyabr

A Liqası, 1-ci qrup

22:45. Belçika – Türkiyə
22:45. Fransa – İtaliya

Xallar: Fransa – 6. Belçika – 3. İtaliya – 3. Türkiyə – 0.

B Liqası, 2-ci qrup

22:45. Macarıstan – Gürcüstan
22:45. Ukrayna – Şimali İrlandiya

Xallar: Şimali İrlandiya – 4. Ukrayna – 4. Gürcüstan – 1. Macarıstan – 1.

B Liqası, 4-cü qrup

22:45. Bosniya və Herseqovina – İsveç
22:45. Polşa – Rumıniya

Xallar: İsveç – 6. Bosniya və Herseqovina – 4. Polşa – 1. Rumıniya – 0.

C Liqası, 2-ci qrup

20:00. Kipr – Ermənistan
20:00. Latviya – Monteneqro

Xallar: Monteneqro – 6. Ermənistan – 3. Kipr – 1. Latviya – 1.

C Liqası, 3-cü qrup

18:00. Qazaxıstan – Moldova
22:45. Farer adaları – Slovakiya

Xallar: Slovakiya – 6. Farer adaları – 2. Qazaxıstan – 1. Moldova – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: