UEFA Millətlər Liqasında Türkiyə – İtaliya dueli

Bu gün UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsində 2-ci turun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

Günün əsas oyunlarından biri A Liqasının birinci qrupunda Türkiyə və İtaliya milliləri arasında keçiriləcək. Eyni qrupda Belçika Fransanı qəbul edəcək. Türkiyə ilk turda Fransaya 0:1 hesabı ilə uduzub. İtaliya isə doğma meydanda Belçikaya 0:2 hesabı ilə məğlub olub. Buna görə hər iki komanda ikinci turda ilk xallarını qazanmağa çalışacaq.

B Liqasında Gürcüstan Ukraynanı, Şimali İrlandiya Macarıstanı, Rumıniya Bosniya və Herseqovinanı, İsveç isə Polşanı qəbul edəcək.

C Liqasının ikinci qrupunda Ermənistan Monteneqro, Latviya isə Kiprlə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti matçını oktyabrın 1-də doğma meydanda Lixtenşteynə qarşı keçirəcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur

28 sentyabr

A Liqası, 1-ci qrup
22:45. Türkiyə – İtaliya
22:45. Belçika – Fransa

Xallar: Belçika – 3. Fransa – 3. Türkiyə – 0. İtaliya – 0.

B Liqası, 2-ci qrup
20:00. Gürcüstan – Ukrayna
22:45. Şimali İrlandiya – Macarıstan

Xallar: Şimali İrlandiya – 3. Ukrayna – 3. Gürcüstan – 0. Macarıstan – 0.

B Liqası, 4-cü qrup
22:45. İsveç – Polşa
22:45. Rumıniya – Bosniya və Herseqovina
Xallar: İsveç – 3. Bosniya və Herseqovina – 1. Polşa – 1. Rumıniya – 0.

C Liqası, 2-ci qrup
20:00. Ermənistan – Monteneqro
20:00. Latviya – Kipr

Xallar: Ermənistan – 3. Monteneqro – 3. Kipr – 0. Latviya – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: