“Uotford” üçün yeni baş məşqçi

İngiltərənin “Uotford” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Roy Hocson çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 74 yaşlı mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Roy Hocson daha əvvəl 2002-2005-ci illərdə də “Uotford”u çalışdırıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Klaudio Ranyerini əvəzləyib. İtaliyalı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.

“Uotford” hazırda Premyer Liqada 14 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: