“Valensiya” baş məşqçisini və baş direktorunu qovdu

İspaniya La Liqasında 2026/2027-ci illər mövsümünə uğursuz başlamış “Valensiya” baş məşqçisi Karlos Korberan ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Korberanla müqaviləyə vaxtından əvvəl xitam vermək qərarına gəlib.

La Liqa təmsilçisi baş direktor Ron Qurli və onun idarəetmə komandasının da istefaya göndərildiyini açıqlayıb.

Qərara komandanın La Liqadakı uğursuz startı səbəb olub. “Valensiya” çempionatın ilk 5 turunda cəmi 1 xal toplayıb və hazırda turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb.

43 yaşlı Karlos Korberan 2024-cü ilin dekabrından “Valensiya”ya rəhbərlik edirdi. Onu müvəqqəti olaraq klubun ikinci komandasının baş məşqçisi Oskar Sançes əvəzləyəcək.

Bildirilib ki, bu kadr dəyişiklikləri klubun inzibati strukturunun optimallaşdırılmasına yönəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: