“Vest Hem” 30 milyonluq transferini rəsmən açıqladı

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Renn” klubunun mərakeşli müdafiəçisi Nayef Aqerdi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Mərakeş yığmasının da üzvü olan Nayefin transfer məbləğinin 30 milyon funt sterlinq olduğu bildirilir.

Nayef Aqerd 2020-ci ildən “Renn”də çıxış edirdi. O, daha öncə “Rabat” və “Dijon” klublarının da formasını geyinib. Mərakeş yığmasında 25 matça çıxan futbolçu 1 qol da vurub.

“Vest Hem” yeni transferinin 27 nömrəli formanı geyinəcəyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: