Viktor Valdepenyas “Real”ı “Fiorentina”ya dəyişdi

İspaniyanın “Real” (Madrid) klubunun gənc mərkəz müdafiəçisi Viktor Valdepenyas bundan sonra karyerasını İtaliyada davam etdirəcək.

Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu bu ölkənin “Fiorentina” klubuna keçib.

İspaniyalı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Transferin dəyəri 8 milyon avro təşkil edib. Bununla yanaşı, “Real” gələcəkdə futbolçunun satışından əldə olunacaq məbləğin 50 faizini almaq hüququnu saxlayıb. Madrid klubu həmçinin Viktor Valdepenyası geri qaytarmaq üçün üstün geri satınalma hüququ əldə edib.

İspan müdafiəçi 2018-ci ildən “Real”ın sistemində çıxış edirdi. O, Madrid klubuna “Rayo Valyekano”nun akademiyasından keçmişdi.

Valdepenyas “Real”ın əsas komandasında debütünü 2025-ci ilin dekabrında edib. Gənc müdafiəçi La Liqada “Alaves”ə qarşı keçirilən və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda meydana sonradan daxil olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: