İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Vinçentso İtalyano ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
44 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədərdir. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2023-cü ilin sonunda bitəcəkdi.
Xatırladaq ki, Vinçentso İtalyano 2021-ci ilin iyun ayından “Fiorentina”ya rəhbərlik edir. O, bu komandanı bütün turnirlər çərçivəsində 44 matça çıxıb. Bu görüşlərdə 23 qələbə qazanan Florensiya təmsilçisi, 5 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb. A Seriyasında ötən mövsüm 38 oyuna 62 xal toplamış “Fiorentina” 20 iştirakçı arasında 7-ci yeri tutub və Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.


