Visente Qomes: “Bunu futbolçulardan soruşmaq lazımdır”

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ispan məşqçi 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bərabər səviyyəli oyun alındı. İlk hissədə üstün tərəf biz idik. İkinci yarıda isə rəqib daha yaxşı oynadı. “Sumqayıt” səhvimizdən istifadə etməklə hesabı bərabərləşdirdi.

Qol vurandan sonra geri çəkilməyimiz öz istəyimiz deyildi. İkinci hissədə top daha çox rəqibdə olurdu. Buna görə çəkilməli olduq.

Son 3 oyunda hesabı biz açsaq da, üstünlüyü qoruya bilmirik. Bunun səbəbini futbolçulardan soruşmaq lazımdır”.