Vladislav Kulaç 4 oyunluq cəzalandı, “Zirə” cərimələndi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin ukraynalı mərkəz hücumçusu Vladislav Kulaç ağır cəzaya məruz qalıb.

Arena.az xəbər verir ki, o, AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb.

Belə ki, Azərbaycan Premyer Liqasının 12-ci turunun “Sabah” – “Zirə” oyununun 90-cı dəqiqəsində Kulaç təcavüzkar davranış etdiyinə görə 4 oyun cəzalanıb. “Zirə” klubu isə buna görə 3000 manat cərimə ödəyəcək.

Xatırladaq ki, Vladislav Kulaç bu ilin yanvarından “Zirə”də forma geyinir. 30 yaşlı forvard paytaxt təmsilçisində 18 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, əvvəllər “Vorskla” (Poltava), “Mariupol”, “Stal”, “Zarya”, “Metallurq” (Zaporojye), “Honved”, “Dinamo” (Kiyev) və “Əskişəhərspor”da da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: