Voleybol: Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək

Azərbaycanı 2026/2027-ci illər mövsümündə voleybol üzrə avrokubok yarışlarında təmsil edəcək komandaların adlarına aydınlıq gəlib.

Arena.az bu barədə Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, ölkəmizi yeni mövsümdə Avropa arenasında bütövlükdə dörd komanda (iki qadın və iki kişi komandası) təmsil edəcək. Son ölkə çempionları “Turan” və “Xilasedici” komandaları Çempionlar Liqasında çıxış edəcəklər. Çempionatın gümüş mükafatçıları “DH Volley” və “Ordu” komandaları isə Çelenc Kubokunda uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn formatda keçiriləcək. Bütün komandalarımızın rəqibləri məhz həmin gün bəlli olacaq. Azərbaycan təmsilçilərinin yeni mövsümdəki oyunlarının tam təqvimi isə püşkatma mərasimindən sonra bəlli olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: