Vüsal İsgəndərli “Partizani” ilə heç-heçənin iştirakçısı oldu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 13-cü turu çərçivəsində “Partizani” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Vüsal bu matça start heyətdə başlayıb və 76-cı dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu bu dəfə meydanı qolsuz tərk edib.

“Eqnatiya” 13 turdan sonra 27 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu ilin yayında “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 15 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: