Xabi Alonso: “PSJ ilə oyun “Real” üçün böyük sınaq olacaq”

“Real”ın baş məşqçisi Xabi Alonso 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə yarımfinal oyunundan gözləntisini açıqlayıb.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, 43 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz Çempionlar Liqası kubokunun sahibi ilə qarşılaşacağıq, hansı ki, son aylar ərzində çox və çox müsbət irəliləyiş nümayiş etdirir. Onlar Çempionlar Liqasının 1/8 final oyunundan bəri həqiqətən yüksək səviyyədə çıxış edirlər, bu oyun isə bizim üçün həqiqətən böyük bir sınaq olacaq. Bu, bizim başladığımız yeni layihəmizdə, qarşılaşacağımız növbəti addım, növbəti səviyyə, yeni mərhələdir.
Biz təkmilləşirik, indi isə biz Parislə görüşə hazırlaşacağıq”, deyə Xabi Alonso vurğulayıb.

Xatırladaq ki, PSJ – “Real” oyunu bu gün, iyulun 9-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: