“Xarı Bülbül” “Spartak”la cavab oyununa çıxır

Azərbaycanı Çelenc Kubokunda təmsil edən kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandası bu gün turnirdə növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Slovakiyanın “Spartak” (Miyava) kollektivi ilə mübarizə aparır.

Tərəflər arasında ötən gün baş tutan ilk oyunda Azərbaycan təmsilçisi tarixi qələbə qazanıb – 3:0. Klublar arasındakı qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakıda keçirilir. Bugünkü qarşılaşmada rəqib meydan sahibi sayılacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək oyuna saat 18:00-da start veriləcək. Azarkeşlər üçün zala giriş sərbəstdir.

Çelenc Kuboku
1/32 final

26 oktyabr

18:00. “Spartak” – “Xarı Bülbül”
Bakı. Voleybol Mərkəzi.

Xəbəri sosial şəbəkələrdə paylaş: