Xavi “Almeriya” ilə oyundan sonra “Barselona”nı tənqid etdi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 18-ci turu çərçivəsində komandasının “Almeriya” üzərində qələbəsini (3:2) şərh edib.

Arena.az “Barca Universal” dərgisinə istinadən, Xavinin bu barədə fikirlərini təqdim edir:

“Bu oyunda 2:0 və ya 3:0 hesabı ilə qalib gəlməliydik, amma komandada çempionat mövsümündə göstərdiyi ruh yoxdur. Bizdə kifayət qədər aqressivlik və diqqət yoxdur. Bu, qəbuledilməzdir. “Almeriya”ya iki qol verdik. Bu, əsasən bizim mövsümü yekunlaşdırır.

Penya? O, son dəqiqələrdəki xilası ilə bizə qələbə qazandırdı”, deyə Xavi bir qədər narazı ruhda çıxış edib.

“Barselona” La Liqanın 18 turundan sonra 38 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Kataloniyalıları 17 oyundan 42 xal toplamış “Real” və 44 xalla çempionatın lideri “Jirona” qabaqlayır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: