“Barselona”nın baş məşqçisi Xavi komandasının İspaniya Kral Kubokunun 1/8 final mərhələsinə yüksəlməsini şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən ispaniyalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bir az əziyyət çəkməli olduq. İlk hissəni inamlı oynadıq, hər şey yaxşı gedirdi, amma belə oyunlar həmişə çətin olur. Olması lazım olduğundan daha çətin oldu. Amma biz 1/8 finaldayıq və məqsədimizə nail olduq”, deyə Xavi bildirib.
Xatırladaq ki, yanvarın 7-də İspaniya Kral Kubokunun 1/16 final mərhələsi çərçivəsində “Barselona” səfərdə “Barbastro” ilə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb.


