“Barselona”nın baş məşqçisi, ispan mütəxəssis Xavi Kataloniya komandasının düçar olduğu fəsadlardan söhbət açıb.
Arena.az “90min” dərgisinə istinadən, Xavinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Biz son məqamları gerçəkləşdirmək baxımından Avropanın ən pis komandalarından biriyik. Bu, “Malyorka” və “Qranada” ilə oyunlarda başımıza gəldi. “Atletiko”dan qat-qat üstün idik, amma onlar demək olar ki, bərabərliyi təmin etdilər. “Jirona” ilə oyunda 2:1 öndə olmalı idik, lakin sonradan hesabı 3:3-ə çatdırdıq. Səmərəlilik baxımından bizim işlərimiz qaydasında deyil”, deyə Xavi bildirib.
Xatırladaq ki, İspaniya La Liqasının son turunda “Barselona” “Valensiya” ilə 1:1 hesablı heç-heçə edib. Bundan əvvəl “Barselona” La Liqada “Jirona”ya evdə 2:4 hesabı ilə məğlub olmuşdu.
Hazırda “Barselona” 17 oyundan sonra 35 xalla La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Kataloniyalıları 16 oyundan 34 xal toplamış “Atletiko” təqib edir. 44 xal toplamış “Jirona” La Liqanın vahid lideridir. “Real” isə 42 xalla ikinci pillədə qərarlaşıb.


