Xavi: “El klasiko” bizim üçün mövsümün ən vacib oyunudur”

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 32-ci turunda “Real”la qarşıdakı “el klasiko”dan gözləntilərini paylaşıb.

Arena.az AS dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz “Real”a hamılıqla hörmət bəsləyirik. La Liqada 31 oyundan 1-də uduzub. Rəqəmlər qeyri-adidir. Eyni zamanda, ötən mövsümlə müqayisədə indi cəmi 4 xal əskiyimiz var. Bizim bir-birimizlə mübarizə imkanımız var.

Bu, bizim üçün mövsümün ən vacib oyunudur. Qalib gəlməliyik, qalib gəlsək, 5 xallıq məsafədə ola bilərik. Bu, bizim istədiyimiz gedişatdır. “Bernabeu”da mübarizə aparıb qalib gəlməyə çalışacağıq”, deyə Xavi inamla bildirib.

Xatırladaq ki, “el klasiko” bu gün – aprelin 21-də Madridin “Santyaqo Bernabeu” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

31 oyundan 78 xalla “Real” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselona” 70 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: