Xavi “Vilyarreal” üzərində dramatik qələbəni şərh etdi

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 3-cü turunda komandasının “Vilyarreal” üzərində qazandığı 4:3 hesablı qələbəni şərh edib.

Arena.az “Football Espana” portalına istinadən Xavinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır.

Xatırladaq ki, səfər oyununda “Barselona” 2:0 hesabı ilə öndə olduğu oyunun birinci hissəsində üstünlüyünü əldən verib, ikinci hissədə isə 2:3 hesabı ilə geri düşüb. Buna rəğmən, Kataloniya təmsilçisi əzmkarlıq nümayiş etdirməklə oyundan 4:3 hesablı qələbə ilə ayrılıb.

“Oyun bizim özümüzün sayəsində dəlisov alındı. Biz üstün idik, həm də çox qol buraxdıq. Bu, hücumda yaxşı oyun idi, müdafiəmizdə isə problemlər vardı. Ancaq bu komandaya qarşı səfərdə oynamaq asan deyil”, deyə Xavi diqqəti rəqibin üzərində cəmləyib.

“Vilyarreal”la səfər oyununda qələbə qazanmış “Barselona” 3 turdan sonra 7 xalla La Liqada 3 yerdə qərarlaşıb. Hazırda 4-cü sırada yer almış “Rayo Valyekano” ehtiyatda olan oyununda qalib gələcəyi halda, “Barselona”nı geridə qoya bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: