Yunanıstan millisinin və PAOK-un hücumamaeyilli yarımmüdafiəçisi Yannis Konstantelias bundan sonra “Borussiya”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
23 yaşlı yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub. Almaniya klubu bu transfer üçün PAOK-a 26 milyon avro ödəyib.
Yannis Konstantelias PAOK-un öz yetirməsidir. Yarımmüdafiəçi bu klubun əsas komandasının heyətində 190 oyuna çıxıb, 44 qol və 26 məhsuldar ötürmə müəllifi olub. Yunan futbolçu Belçikanın “Eupen” klubunda icarədə də olub.
Yunanıstanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Konstantelias 2023-cü ildə əsas millidə debüt edib. O, yığmanın heyətində 18 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə verib.


