Bu gün kişi voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, mövsümün və açılış turunun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilmiş mövsümün açılış oyununda “Neftçi” “Ordu” ilə qarşılaşıb. Daha sonra “Murov” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda “Neftçi” 3:0, “Murov” isə 3:2 hesablı qələbəyə seviniblər.
1-ci turun “Gənclər” – “Xilasedici” qarşılaşması isə Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətə əsasən təxirə salınıb. Bu oyunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, kişilərin Azərbaycan çempionatında 6 komanda – “Azərreyl”, “Murov”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər” iştirak edirlər. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə keçiriləcək. İki dövrənin yekununda turnir cədvəlində ilk dörd pillədə qərarlaşacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Yüksək Liqa
1-ci tur
16 oktyabr
“Neftçi” – ORDU 3:0 (25:17, 25:19, 25:22)
“Murov” – “Azərreyl” 3:2 (25:22, 40:42, 19:25, 25:20, 15:10)


