Yüksək Liqa: “Turan” asan, “Murov”dan çətin qələbə

Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026 mövsümünün 14-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Turan” Tovuzda UNEC kollektivini 3:0 (25:10, 25:18, 25:14) hesabı ilə üstələyib.

Ardınca isə “Murov” “Milli Aviasiya Akademiyası” komandasını 3:2 (22:25, 22:25, 26:24, 25:20, 15:10) hesabı ilə məğlub edib.

Turun ötən gün baş tutmuş görüşlərində “DH Volley” “Gənclər”ə 3:0, “Abşeron” isə “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlmişdi.

Yüksək Liqa
14-cü tur
20 fevral

“Turan” – UNEC 3:0 (25:10, 25:18, 25:14)
Tovuz Olimpiya İdman Kompleksi.

“Murov” – “Milli Aviasiya Akademiyası” 3:2 (22:25, 22:25, 26:24, 25:20, 15:10)
“Murov” VK-nın idman zalı.

Xallar: Turan – 34. DH Volley – 32. Milli Aviasiya Akademiya – 24. UNEC – 20. Gəncə – 20. Abşeron- 14. Azərreyl – 15. Murov – 9. Gənclər – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: