Zaur Hacıyev “Qalatasaray”ın oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakimlərimiz Zaur Hacıyev və Fuad Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıblar.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Fuad Hacıyev bu gün CEV kubokunun 1/8 final mərhələsinin matçını idarə edəcək. O, qadın voleybolçulardan ibarət Serbiyanın “Jelezniçar” və İtaliyanın “Reale Mutua Fenera” klublarının qarşılaşmasında ikinci hakim olacaq.

Noyabrın 30-da isə beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev qadın voleybolçular arasında Çelenc kubokunun 1/8 final mərhələsində “Qalatasaray” (Türkiyə) – “Visbaden” (Almaniya) qarşılaşmasında birinci hakim olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: