“Zirə” 2024-cü ilin ilk məşqinə çıxdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” komandası bu gün 2024-cü ildə ilk məşqinə çıxıb.

Arena.az xəbər verir ki, istirahəti başa vuraraq hazırlığa start verən komanda Bakıda hazırlaşır.

“Qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırırlar. Rəşad Sadıqovun çalışdırdığı komanda yanvarın 10-da “Araz-Naxçıvan”la qarşılaşacaq. Ayın 15-də isə “Qarabağ”la qarşılaşma baş tutacaq.

Zirənin eyniadlı təmsilçisi daha sonra Azərbaycan Premyer Liqasının 19-cu turunda “Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlaşacaq.

Xatırladaq ki, “Zirə” bu mövsüm keçirdiyi 18 oyunda 8 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb. “Qartallar” hazırda 29 xalla 2-ci pillədə qərarlaşıblar.

Bu gün Premyer Liqanın digər təmsilçilərindən “Səbail”lə “Sumqayıt” da 2024-cü ildə ilk məşqə çıxmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: