Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun “Zirə” – “Araz-Naxçıvan” matçı 0:0 hesablı heç-heçə ilə başa çatdı.
Arena.az Zirədə baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
16-cı tur
9 dekabr
“Zirə” – “Araz-Naxçıvan” 0:0
Sarı vərəqələr: Rəhim Sadıxov, 43 (qeyri-idman hərəkəti). Qismət Alıyev, 76 (qeyri-idman hərəkəti) – Miço Kuzmanoviç, 61 (qeyri-idman hərəkəti). Orxan Əliyev, 78 (qeyri-idman hərəkəti).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Araz Bağırov, 90+5 (“Araz-Naxçıvan”) (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 8 dəqiqə.
Saat 17:00. Zirə İdman Kompleksinin stadionu, 1100 tamaşaçı.
Baş hakim: Rəşad Əhmədov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Eyyub İbrahimov.
Dördüncü hakim: Əli Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Zirə: 97. Tyaqo Silva, 10. Rəhim Sadıxov (9. Vladislav Kulaç, 74), 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli (8. İlkin Muradov, 90+2), 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla (77. Məqsəd İsayev, 74), 15. Pyer Zebli, 6. Eldar Quliyev (23. Andriya Lukoviç, 90+2), 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (22. Elçin Mustafayev, 90+5), 39. Tural Bayramlı (7. Nicat Süleymanov, 90), 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri (19. Aksel Nqando, 58), 4. İqor Ribeyro, 8. İsmail Azzaui (14. Miço Kuzmanoviç, 58), 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 82. Vüsal Alızadə, 9. Elvis Maşike.
Baş məşqçi: Azər Bağırov.


