“Zirə” səfərdə “Payde”yə məğlub oldu

Azərbaycanı Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə təmsil edən “Zirə” bu gün sözügedən turnirdə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində “Payde” ilə qarşılaşıb.

Azərbaycan və Estoniya təmsilçiləri arasındakı ilk görüş Parnu şəhərində keçirilib. Qarşılaşmanı moldovalı hakimlər idarə ediblər. Oyunun baş hakimi Roman Jitari olub.

Görüşün böyük qismini daha üstün keçirmiş Azərbaycan təmsilçisi bu görüşdə istəyinə çata bilməyib. Əvəzində meydan sahibləri son dəqiqələrdə vurduqları yeganə qol sayəsində qalib gəliblər.

Cavab görüşü ayın 30-da “Sumqayıt Arena”da baş tutacaq və saat 20:00-da başlayacaq.

“Zirə” bu raundda Estoniya təmsilçisini mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul

Payde – Zirə 1:0
Qol: Pa Abdu Çam, 87.
Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (Moldova).
Parnu. “Parnu Rannastaadion”.

Payde: 99. Ebrima Jarju, 2. Mixael Lilander, 3. Viktor Hüqo, 7. Edqar Tur, 10. Martin Miller, 11. Modu Sohna, 19. Siim Luts, 27. Nikita Baranov, 28. Oskar Holm (k), 30. Abdurahman Badamosi, 77. Daniel Luts.
Ehtiyat oyunçular: 56. Mattias Sapp, 4. Pedro Andrade, 6. Daniel Kabral, 8. Henrik Ojama, 9. Henri Anyer, 14. Momodu Jobarteh, 15. Hindrek Ojama, 16. Aleksandr Şuroqin, 17. Pa Abdu Çam, 20. Kristofer Piht, 21. Ramon Smirnov, 24. Romer Niqula.
Baş məşqçi: Mika Laurikaynen.

Zirə: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 7. Eren Aydın, 9. Davit Volkov, 11. Martins Junior, 17. Vieyrinya, 20. İssa Cibrilla, 21. Quima, 32. Qismət Alıyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 5. Anje Mutsinzi, 8. İsmayıl İbrahimli, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 22. Ayxan Hüseynov, 29. Krismael Diqbeu, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: