Avropa Liqasının “Zirə” – “Şerif” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
İlk olaraq iyulun 17-də, saat 17:30-da Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun “Dalğa Arena”da mətbuat konfransı baş tutacaq.
1 saat sonra isə “Şerif”in baş məşqçisi Yuri Qura mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
“Zirə”nin media üçün açıq məşqi saat 18:45-də “Azərsun Arena”da, “Şerif”in məşqi isə 19:00-da “Dalğa Arena”da gerçəkləşəcək.
Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Xatırladaq ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Zirə” – “Şerif” oyunu iyulun 18-də “Dalğa Arena”da keçiriləcək. Azərbaycan klubu bu rəqibinə Moldovada baş tutmuş ilk oyunda 1:0 hesabıyla qalib gəlib.
Yeri gəlmişkən, “Zirə” ilə “Şerif” arasındakı cavab oyununun biletləri iyulun 14-dən etibarən satışdadır. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Satış məntəqələri: “Zirə İdman Kompleksi”, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.


