“Zirə” “Şerif”i Moldovada məğlub etdi

Azərbaycanı bu mövsüm Avropa Liqasında təmsil edən “Zirə” bu gün 2024/2025 mövsümündəki ilk rəsmi matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün Avropa Liqasının yeni mövsümünə start verilib.

Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə üz-üzə gəlib. Bu rəqiblə ilk oyun səfərdə baş tutub. Qəsəbə klubu Moldovadan sərfəli nəticə ilə qayıtmaq istəyirdi ki, növbəti mərhələyə vəsiqəni doğma meydanda həll edə bilsin.

2017/18, 2018/19 və 2020/21 mövsümlərində avrokuboklarda “Qarabağ”la qarşılaşan və hər dəfə də mübarizədən məğlub ayrılan “Şerif” növbəti dəfə Azərbaycan klubu ilə qarşı-qarşıyadır. Amma bu dəfə Moldova klubu Ağdam təmsilçisi ilə yox, ölkəmizin başa çatan mövsümdə nəticələrinə görə ikinci ən yaxşı komandası olan Zirənin eyniadlı təmsilçisi ilə qarşılaşıb.

Rəşad Sadıqovun çalışdırdığı kollektiv səfərdə uğurlu oyun keçirməklə bu rəqibinə minimal hesabla qalib gəlib. Oyundakı yeganə qolu illər sonra yenidən qəsəbə klubuna qayıtmış Davit Volkov vurub.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu bir həftə sonra “Dalğa Arena”da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
11 iyul

Şerif – Zirə 0:1
Qol: Davit Volkov, 88.
Hakimlər: Alessandro Dudiç, Paskal Hirzel, Susann Künq, Anojen Kanaqasinqam (İsveçrə).
Tiraspol. “Şerif” İdman Kompleksi.

Şerif: 16. Raşed Əl-Tumi, 8. Joao Paulo Fernandes, 10. Sedrik Badolo, 18. Mussa Kyabu (k), 33. Matteus Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Xoselin Behiratçe, 61. Raşid Akanbi, 66. İlunqa Pata, 69. Peter Ademo, 90. Papa Ndiaqa Yade.
Ehtiyat oyunçular: 1. Viktor Straystari, 34. Dumitru Çelyadnik, 3. Nana Kvame Boakye, 7. Abu Uattara, 9. Ajak Riak, 17. Nqom Mbekeli, 24. Danila Forov, 26. Artyom Diyinari, 44. Alesio Miya, 46. Stefan Despotovski, 96. Vadim Payreli.
Baş məşqçi: Yuri Qura.

Zirə: 97. Tyaqo Silva, 4. Ruan Renato, 5. Stefan Akka, 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utziq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 70. İssa Cibrilla, 90. Davit Volkov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 3. Ange Mutsinzi, 5. Eldar Quliyev, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 18. Junior Martins, 19. Salifu Suma, 21. Hacıağa Hacıyev, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: