Azərbaycanı yeni mövsümdə Avropa Liqasında təmsil edəcək “Zirə” bu gün sözügedən turnirin 2-ci təsnifat mərhələsindəki rəqibini də tanıyacaq.
Arena.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatması ərəfəsində iştirakçılar artıq qruplara bölünüblər.
“Zirə”nin ilk təsnifat mərhələsindəki rəqibi – Moldova “Şerif”i ilə təşkil etdiyi cüt 2-ci qrupda yer alıb.
Azərbaycan vtise-çempionunun cütü səpələnmişlər sırasındadır. Təmsilçimizi 4 mümkün variant gözləyir. Bunlardan ikisi cüt, ikisi isə ilk raunddan azad olan klublardır.
“Panatinaikos” (Yunanıstan)
“Makkabi” (Petah Tikva, İsrail)
“Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi
“Paksi” (Macarıstan) – “Korvinul” (Rumıniya) cütünün qalibi
Qeyd edək ki, püşkatma mərasimində Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Avropa Liqasında 1-ci təsnifat mərhələnin ilk oyunları iyulun 11-də, cavab görüşləri ayın 18-də keçiriləcək. 2-ci raundun matçları isə müvafiq olaraq iyulun 25-də və avqustun 1-də baş tutacaq.


