“Zirə”nin Slovakiyada son məşq saatı açıqlandı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dunayska Streda”nın qonağı olacaq “Zirə”nin Slovakiyadakı son məşqinin vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan təmsilçisi iyulun 31-də Slovakiyada oyunöncəsi son məşqinə çıxacaq. Baş məşqçi Rəşad Sadıqov yetirmələrini həmin gün Bakı vaxtı ilə saat 20:30-da meydana çıxaracaq. Bundan yarım saat əvvəl isə Rəşad Sadıqovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Xatırladaq ki, “Dunayska Streda” – “Zirə” oyunu avqustun 1-də keçiriləcək. Azərbaycan və Slovakiya komandalarının cavab görüşünə Bakı vaxtı ilə 22:30-da start veriləcək.

Bu komandaların Bakıda keçirilmiş ilk matçda “Zirə” 4:0 hesablı qələbə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: