“Əl-Əhli”nin rəhbəri Xaled Əl-İssa geridə qalmış yay transfer pəncərəsində ərəb klubunun iki nəhəng transfer etmək istədiyini təsdiqləyib.
Arena.az bu barədə “Goal” dərgisinin “Koora Rotana” dərgisinə istinadı əsasında məlumat verir.
Xaled Əl-İssa bu transfer hədəflərinin “Real”ın braziliyalı ulduzu, cinah hücumçusu Vinisus Junior və “Napoli”nin hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen olduğunu bildirib:
“Bizim, “Real”dan Vinisius kimi son dərəcə görkəmli cinah hücumçusunu dəvət etmək istəyimiz vardı, amma danışıqlar zamanı gözlənilməzlik baş verdi: hücumçumuz Firas Əl-Buraykan klubu tərk etmək qərarına gəldi. Sonra bizim üstünlüyümüz, Əl-Buraykanın mümkün gedişinə görə cinah hücumçusu almaqdan hücumu gücləndirməyə keçdi. Sonra Ayvan Touni və Viktor Osimhenlə danışıqlara başladıq. Hər şey Touninin kluba gəlişi ilə yekunlaşdı”, deyə Xaled Əl-İssa bildirib.
Xatırladaq ki, bundan əvvəl mətbuatda, “Əl-Əhli”nin Vinisius Juniora müqavilə üzrə 350 milyon avro məbləğində maaş təklif etdiyi barədə məlumat yayılmışdı.


