Azərbaycanın daha bir ağırlıqqaldıranı Əli Şükürlü Tailandın Phuket şəhərində təşkil olunmuş dünya kubokunda mübarizə aparıb.
Arena.az xəbər verir ki, 102 kq çəki dərəcəsində çıxış edən idmançımız C qrupunda qüvvəsini sınayıb.
Əli Şükürlü toplam 377 kq (167+210) nəticə göstərib. Onun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Dünya kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq), Ömər Cavadov (73 kq) və İsa Rüstəmov (73 kq) “körpücük” üzərinə çıxıblar və uğur qazana bilməyiblər. Son olaraq millimizin lideri Dadaş Dadaşbəyli də qüvvəsini sınayacaq.


