Əli Şükürlü Doha qran-prisində qüvvəsini sınadı

Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-prisində qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən turnir davam edir.

Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Bu gün onlardan daha biri – Əli Şükürlü mübarizəyə qoşulub. O, 102 kq çəki dərəcəsinin B qrupunda çıxış edib. İdmançımız toplam 365 (165+200) kq nəticə göstərib.

Şükürlünün yekun sıralamada tutduğu yer A qrupundakı çıxışlar bitəndən sonra bilinəcək.

Xatrladaq ki, daha öncə Ömər Cavadov və Nazilə İsmayılova da bu yarışda qüvvəsini sınamış və medalsız qalmışdılar.

Xəbəri sosial şəbəkələrdə paylaş: