“Ərzurumspor”da Yılmaz Vural dönəmi başa çatdı

Türkiyənin “Ərzurumspor” klubu baş məşqçisi Yılmaz Vural ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Vuralla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ona və köməkçilərinə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

“Ərzurumspor” Super Liqanın 40-cı turu çərçivəsində dünən doğma meydanda “Kasımpaşa”ya uduzub – 0:1. Komanda hazırda turnir cədvəlində 19-cu sıradadır.

Yılmaz Vural bu mövsüm “Ərzurumspor”da istefaya göndərilən 6-cı baş məşqçidir. O, bu komandanı cəmi 9 oyuna çıxarıb. 3 qələbə qazanan Ərzurum təmsilçisi daha 1 oyunda heç-heçə edibsə, 5 görüşdən də məğlub ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: