Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.
Arena.az xəbər verir ki, bu il iyunun 7-dən 11-nə qədər keçiriləcək turnirin iştirakçıları müəyyənləşib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq veloturda dünyanın 16 ölkəsindən 18 komandanın tərkibində 100-dən çox idmançı şose velosipedinin qrup ötüşməsi növü üzrə mübarizə aparacaqlar.
2.2 kateqoriyalı, 5 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilib.
Turnirdə bu komandalar mübarizə aparacaqlar:
Azərbaycan milli komandası
Bolqarıstan milli komandası
Rumıniya milli komandası
Türkmənistan milli komandası
Türkiyənin “Sakarya BB Pro Team” komandası
Niderlandın “Universe Cycling Team” komandası
Qazaxıstanın “Vino SKO Team” komandası
Qazaxıstanın “Almaty Astana Motors” komandası
Almaniyanın “Team Storck – Metropol Cycling” komandası
Almaniyanın “Saris Rouvy Sauerland Team” komandası
Monqolustanın “Ferei Mongolia Team” komandası
Misirin “Suez Canal Discovery” komandası
Filippinin “NSJBI Victoria Sports Cycling Team” komandası
Belçikanın “Bataia Brigade” komandası
Çinin “China Glory Cycling Team” komandası
İsveçrənin “CLN Guerciotti Pro Cycling Team” komandası
İtaliyanın “Team Technipes Inemiliaromagna” komandası
Ruandanın “May Stars Cycling” komandası
Yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.
“Əziz Şuşa” adı verilən nüfuzlu yarışın nəticələrinə əsasən velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.


