Oktyabrın 24-dən noyabrın 4-dək Polşada ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyi keçiriləcək.
Arena.az xəbər verir ki, Raşin şəhərində təşkil olunacaq yarışda Azərbaycanı 10 oğlan və 1 qız atlet təmsil edəcək.
Məşqçilər heyəti Polşaya bu heyətlə yollanmağa qərar verib:
Elşən Məmmədov (61 kq)
Qasım İsmayılov (67 kq)
Tehran Məmmədov (67 kq)
Fuad Həsənov (67 kq)
Mahmud Qədirov (73 kq)
Ravin Alməmmədov (81 kq)
Fuqan Əliyev, (81 kq)
Ömər Cavadov (81 kq)
Nurlan Məmmədzadə (89 kq)
Əli Şükürlü (109 kq)
Qadınların yarışında isə körpücük üzərinə Rahilə Hüseynzadə (81 kq) çıxacaq.