8 komanda Çempionlar Liqasında 2-ci raunda vəsiqə qazandı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın 2-ci raunddakı potensial rəqiblərindən olan Polşanın “Rakuv” komandası ilə Estoniya “Flora”sı ikincilərin meydanında üz-üzə gəliblər. İlk matçda 1:0 hesablı qələbəyə sevinmiş polşalılar səfərdə də darmadağına imza atıblar. Ağdam klubu isə ilk raunddakı rəqibi olan Cəbəllüttariq “Linkoln”u ilə iyulun 19-da Bakıda üz-üzə gələcək. “Qarabağ” ilk oyunda 2:1 hesablı qələbəyə sevinib. Qalib gələn komanda ÇL-in 2-ci təsnifat mərhələsində məhz “Rakuv”la üz-üzə gələcək.

“Rakuv”dan başqa “Jalgiris” (Litva), “Makkabi” (Hayfa, İsrail), “Şerif” (Moldova), BATE (Belarus), “Haken” (İsveç), “Zrinski” (Bosniya və Herseqovina) və “Breydablik” (İslandiya) də növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinə iyulun 19-da baş tutacaq 7 oyunla yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
18 iyul

“Struqa” (Şimali Makedoniya) – “Jalgiris” (Litva) 1:2
İlk oyun – 0:0

“Flora” (Estoniya) – “Rakuv” (Polşa) 0:3
İlk oyun – 0:1

“Makkabi” (Hayfa, İsrail) – “Hamrun” (Malta) 2:1
İlk oyun – 4:0

“Şerif” (Moldova) – “Farul” (Rumıniya) 3:0
İlk oyun – 0:1

BATE (Belarus) – “Partizani” (Albaniya) 2:0
İlk oyun – 1:1

TNS (Uels) – “Haken” (İsveç) 0:2
İlk oyun – 1:3

“Zrinski” (Bosniya və Herseqovina) – “Urartu” (Ermənistan) 2:3 (penaltilər 4:3)
İlk oyun – 1:0

“Breydablik” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya) 2:1
İlk oyun – 1:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: