80 yaşlı Corc Hals “Ironman” marafonunda 42,2 km qaçıb

Avstraliyada 80 yaşlı Corc Hals marafon qaçışında 16 saat ərzində 42,2 km məsafə qət etməklə dünya mediasının gündəmini zəbt edib.

Arena.az xəbər verir ki, finişdə bütün azarkeşlər 80 yaşlı qocanı alqışlayıblar.

Hals idmanda yaş məhdudiyyətinin olmadığını bir daha sübut edib. “Ironman” yürüşü üzgüçülük, velosiped yarışı və qaçışdan ibarət triatlon yarışıdır. Halsın 16 saatdan bir qədər çox müddətdə göstərdiyi nəticə asanlıqla orta yaşlı bir idmançıya aid ola bilər. O, bütün bunları Avstraliyanın tropik iqlimində həyata keçirib. Yarış Kvinslenddə keçirilib.

“Ironman” hətta peşəkar idmançıların da fəal surətdə hazırlaşdığı məşhur marafondur. Çoxları üçün triatlonu başa vurmaq xəyaldır. Corc bu yarışa hər yaşda tab gətirməyin mümkün olduğunu göstərib və illər keçməsinə baxmayaraq, idmanı dayandırmamağın və idmana müsbət münasibətin əsas olduğunu göstərib.

Son, ən çətin sınaqdan əvvəl Hals cəmi 11 dəqiqəlik fasilə verib. Qocanın sözlərinə görə, məsafənin öhdəsindən daxili ritm sayəsində gələ bilib. Özünə rahat bir temp taparaq yolundan çıxmamağa çalışıb. Yürüş başa çatdıqdan sonra Corc sosial mediada pərəstişkarlarına təşəkkür edib.

İstənilən yaşda “dəmir adam” ola bilərsiniz, indi bu sübut edilmiş faktdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: