Formula 1: 2025-ci il mövsümü üçün heyətlər açıqlandı

Formula 1 üzrə dünya çempionatının 2025 mövsümündə mübarizə aparacaq bütün komandaların yekun heyətləri bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Maraqlıdır ki, ötən mövsümlə müqayisədə yalnız “Maklaren” və “Aston Martin” komandalarının heyətində heç bir dəyişiklik yoxdur. Digər iştirakçı komandalar ya bir, ya da hər iki sürücüsünü dəyişdirib.

Beləliklə, 2025 mövsümündə Formula 1-də iştirak edəcək komandaların yekun heyətlərini təqdim edirik:

  1. “Maklaren” — Lando Norris, Oskar Piastri
  2. “Ferrari” — Şarl Lekler, Luis Hamilton
  3. “Red Bull” — Maks Ferstappen, Liam Louson
  4. “Mersedes” — Corc Rassell, Andre Kimi Antonelli
  5. “Aston Martin” — Fernando Alonso, Lens Stroll
  6. “Alpin” — Pyer Qasli, Cek Duen
  7. “Haas” — Esteban Okon, Oliver Berman
  8. “Rasinq Bulls” — Yoki Tsunoda, İsaak Hacar
  9. “Uilyams” — Aleksander Albon, Karlos Sayns
  10. “Zauber” — Niko Hulkenberq, Qabriel Bortoleto

Qeyd edək ki, 2025 mövsümünün ilk mərhələsi martın 14-16-da Avstraliyada keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: