Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, 2024-cü ilin və ikinci dövrənin sonuncu turunun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Öncə Tovuzda “Turan Tovuz”la “Neftçi” üz-üzə gələcəklər. Bu, sözügedən komandaların çempionatdakı 10-cu oyunu olacaq. Əvvəlki 9 oyunda tovuzlular 1, bakılılar 5 qələbə qazanıblar, 3 görüş bərabərliklə yekunlaşıb. “Neftçi” son 5 oyunda bu rəqibinə məğlub olmayıb. “Turan Tovuz” son iki matçda qol vurmayıb.
Günün digər oyunu “Səbail”lə “Zirə” arasında keçiriləcək. Bu komandalar daha öncə 28 oyunda üz-üzə gəliblər. Bu oyunlarda “dənizçilər” 4, “qartallar” 18 qələbə qazanıblar, 6 görüşdə heç-heçə qeydə alınıb. “Səbail” son 6 oyunda qələbə qazanmayıb. “Zirə” son 2 matçda qalib gəlib.
Qeyd edək ki, bu gün meydana çıxacaqlar komandalardan “Turan Tovuz” 31 xalla 3-cü, “Zirə” 27 xalla 4-cü, “Neftçi” 16 xalla 7-ci, “Səbail” 9 xalla sonuncu – 10-cudur. Ötən turda bu komandalardan yalnız “Neftçi” qalib gəlib. Digər komandalar isə heç-heçə ilə kifayətləniblər.
Premyer Liqa
18-ci tur
20 dekabr
“Kəpəz” – “Sumqayıt” 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 16:00.
21 dekabr
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 16:00.
“Səbail” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Bayıl Arena”, 18:30
22 dekabr
“Şamaxı” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu, 14:00.
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 16:30.


