Güləş: Azərbaycan çempionatında bir günlük fasilə olacaq

Dekabrın 24-də start götürmüş güləş üzrə Azərbaycan çempionatında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Arena.az xəbər verir ki, yarışın ikinci günündə 60, 67, 77, 87 və 130 kq-da qaliblər müəyyənləşiblər.

Hüseyn Qəribov (60 kq), Namaz Rüstəmov (67 kq), Davud Məmmədov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

60 kq

  1. Hüseyn Qəribov (Neftçi)
  2. Səid Xəlilov (Sumqayıt, “Təhsil”)
  3. Ziyad Zeynalov (Neftçi), İbrahim Nurullayev (Gömrükçü)

67 kq

  1. Namaz Rüstəmov (Neftçi)
  2. Fərid Xəlilov (Sumqayıt-“Təhsil”, “Neftçi”)
  3. Murad Əliyev (Spartak), Məhəmməd Şükürzadə (Neftçi)

77 kq

  1. Davud Məmmədov (Neftçi)
  2. Rəvan Nuriyev (Sumqayıt-“Təhsil”, “Neftçi”)
  3. Nihat Məmmədli (Neftçi), Tağı Hacıyev (Qusar)

87 kq

  1. İslam Abbasov (Qubadlı)
  2. Cocu Səmədov (Məhsul)
  3. Səid Axundzadə (Sumqayıt, “Zenit”), Tuncay Vəzirzadə (Neftçi)

130 kq

  1. Beka Kandelaki (AGF)
  2. Sərxan Məmmədov (Neftçi)
  3. Ayxan Mərdanov (Şəmkir), Məzaim Mərdanov (Şəmkir)

Yeri gəlmişkən, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Bu səbəbdən güləş üzrə Azərbaycan çempionatında 1 günlük təxirəsalma qərarı verilib.

Beləliklə, sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da mübarizə dekabrın 27-də baş tutacaq. 61, 70, 79, 92 və 125 kq-da qaliblər isə dekabrın 28-də müəyyənləşəcək. Yarışın son iki gününün görüşləri də Bakı İdman Sarayında keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: