Bakı İdman Sarayında təşkil olunmuş və dekabrın 24-də start götürmüş Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam edir.
Arena.az xəbər verir ki, bu gün sərbəst güləşi üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.
İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq) və Qadjimurad Maqomedsaidov (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Xatırladaq ki, dekbarın 25-də yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulmuşdu. Ötən gün isə ölkə çempionatında matəm günü ilə əlaqədar fasilə yaranmışdı.
Azərbaycan çempionatı
57 kq
- İslam Bazarqanov (AGF)
- Rəhman İmanov (Zenit)
- Muhəmməd İsmayılov (Neftçi), Məhəmmədəli Əlizadə (İmişli)
65 kq
- Əli Rəhimzadə (“Neftçi”, Astara)
- Murad Haqverdiyev (“Neftçi”, Gəncə)
- Rəşid Babazadə (Masallı, Abşeron), Musa Ağayev (Zenit)
74 kq
- Ağanəzər Novruzov (Neftçi)
- Cəbrayıl Qadjiyev (AGF)
- Coşqun Əzimov (MOİK), Musa Verdiyev (Gəncə, “Neftçi”)
86 kq
- Arseniy Djioyev (AGF)
- Vasif Xudiyev (“Zenit”, “Neftçi”)
- Təbriz Bayramov (Sumqayıt, “Təhsil”), Timur Gülmaqomedov (AGF)
97 kq
- Qadjimurad Maqomedsaidov (AGF)
- İslam İlyasov (Abşeron, “Neftçi”)
- Abdulcəlil Şabanov (Abşeron), Aslan Abakarov (AGF)


