“Bayern”in və Almaniya yığmasının sabiq müdafiəçisi Filipp Lam 38 yaşlı qapıçı Manuel Noyerin Münhen klubundakı gələcəyindən danışıb.
Arena.az xatırladır ki, Noyerin “Bayern”lə hazırkı əmək müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
“O, düzgün qərar verməlidir. Bu, hisslər məsələsidir. Mən 2014-cü il dünya çempionatından sonra milli komandadan, üç ildən sonra isə “Bayern”dən ayrılmışdım”, deyə Lam xatırlayıb.
Filipp Lam Münhenin alman qolkiperin dünyanın ən yaxşı qapıçılarından biri olaraq qalıb-qalmadığı haqda sualı da cavablayıb:
“O, hələ də əla səviyyədədir. Bəlkə də onun azacıq fəsadı var ki, insanlar onu həmişə hamıdan on addım öndə olduğu ən yaxşı günləri ilə müqayisə edirlər. O, qapıçılığı yeni səviyyəyə qaldırıb”, deyə Lam vurğulayıb.
Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 19 oyuna çıxıb, 13 qol buraxıb, 12 oyunda qapısının toxunulmazlığını təmin edib.
Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 540 oyun, 440 buraxılmış qol və 256 “quru” oyundan ibarətdir.
Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


