Joan Laporta və “Barsa”nın idarə heyəti istefaya çağırıldı

“Barselona”nın rəhbərliyinə daxil olan müxalif dəstələr prezident Joan Laporta və onun idarə heyətini dərhal istefaya çağırıblar.

Arena.az məlumat verir ki, müvafiq bəyanatı klubla əlaqəli 10 dəstə, platforma və assosiasiya dərc edib.

Bu tələbin önündə müvafiq olaraq “Si al Futur” və “Some un clam”ın rəhbəri olan, klub prezidentliyinə namizədlər Viktor Font və Joan Kamprubi var. Joan Laporta onların tələblərini qəbul etməkdən imtina edərsə, müxalifət prezidentə etimadsızlıq səsverməsi keçirə bilər.

Müvafiq qərarın əsas səbəblərindən biri, “Barselona”nın, “blauqarana”nın ispan futbolçuları – hücumameylli yarımmüdafiəçisi Daniel Olmo və hücumçu Pau Viktoru İspaniya La Liqasının cari mövsümünün ikinci dövrəsi üçün qeydiyyatdan keçirə bilməməsidir. Həmçinin “Nike” ilə sponsorluq müqaviləsinin müddətinin uzadılması prosesi bu qəbildən narazılıqlara daxildir.

19 oyundan 38 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: