La Liqa: “Atletik” 7, “Real” 2 qolla qələbə qazandı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

“Atletik” doğma meydanda qarşılaşdığı “Valyadolid”i biabırçı hesabla məğlub edib. Lider “Real” bu dəfə “Jirona” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Üç qolun qeydə alındığı “Xetafe” – “Betis” matçında qonaqlar qalib gəliblər. “Real Sosyedad” isə “Leqanes”lə ev oyununda darmadağına sevinib.

25-ci tura fevralın 24-də keçiriləcək “Sevilya” – “Malyorka” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
25-ci tur
21 fevral

Selta – Osasuna 1:0
Qol: Aspas, 69-pen.

22 fevral

Alaves – Espanyol 0:1
Qol: Kalero, 86.

Rayo Valyekano – Vilyarreal 0:1
Qol: A.Peres, 66.

Valensiya – Atletiko 0:3
Qollar: X.Alvares, 12; 30. Korrea, 86.

Las Palmas – Barselona 0:2
Qollar: Olmo, 62. F.Torres, 90+5.

23 fevral

Atletik – Valyadolid 7:1
Qollar: Jaureqizar, 10. N.Uilyams, 35; 66. Sannadi, 43. Sanset, 45+2. Quruseta, 69. İ.Uilyams, 87 – Silla, 47.

Real – Jirona 2:0
Qollar: Modriç, 41. Vinisius, 83.

Xetafe – Betis 1:2
Qollar: Mayoral, 82 – İsko, 18; 77-pen.

Real Sosyedad – Leqanes 3:0
Qollar: Zaxaryan, 12. Kubo, 48. Olasaqasti, 80.

24 fevral

00:00. Sevilya – Malyorka

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: