Frank Riberi: “2013-cü ilin “Qızıl top”u – ədalətsizlikdir”

“Bayern”in fransalı keçmiş cinah hücumçusu Frank Riberi 2013-cü il “Qızıl top” mükafatının yekunları ilə bağlı narazılığını bildirib.

Arena.az “Ekip” nəşrinə istinadən, keçmiş futbolçunun müvafiq qənaətini təqdim edir:

“Bu, mükəmməl mövsüm idi. Mən bundan yaxşısını keçirə bilməzdim. Bu “Qızıl top” həmişəlik olaraq ədalətsizlik nümunəsi qalacaq. Hələ də buna izah axtarıram. Heç cür başa düşə bilmirəm ki, səsvermənin yekun tarixi niyə iki həftədən də artıq müddətə uzadıldı.

Lionel Messi və Kristiano Ronaldo mənə həmişə hörmətlə yanaşıblar. Onlar bilirdilər ki, mən onların səviyyəsindəyəm. Bütün hörmətimlə, 2013-cü ildə onlar məndən heç də yaxşı deyildilər”, deyə Riberi vurğulayıb.

Xatırladaq ki, 2013-cü ildə “Qızıl top” Kristiano Ronaldoya qismət olub. Lionel Messi səsvermədə ikinci, Frank Riberi isə üçüncü olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: